AZ

"DeepSeek" R2 çat-botu "Huawei" çiplərinə görə gecikib

"DeepSeek" R2 çat-botu "Huawei" çiplərinə görə gecikib

Çin şirkəti "DeepSeek" yeni R2 çat-bot modelinin buraxılışını "Huawei" çipləri ilə tam uyğunluq problemlərinə görə gecikdirib.

AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, Çin hökuməti şirkətə Nvidia əvəzinə yerli "Huawei Ascend" prosessorlarından istifadə etməyi tövsiyə edib. Lakin R2 modelinin hazırlanması zamanı texniki çətinliklər yaranıb və DeepSeek təlim prosesində yenidən Nvidia çiplərinə qayıdıb. Hazırda "Huawei" prosessorları yalnız cavabların generasiyasında istifadə olunur. Bununla belə, yeni modelin yaxın həftələrdə təqdim ediləcəyi bildirilir.

Xatırladaq ki, Bloomberg daha əvvəl xəbər vermişdi ki, Çin hakimiyyəti bir sıra yerli şirkətlərə ABŞ istehsalı "Nvidia" H20 çiplərindən imtina etməyi tövsiyə edib. ABŞ-ın ixrac nəzarətinin sərtləşməsi fonunda Alibaba, Tencent və Baidu kimi texnologiya nəhəngləri də süni intellekt layihələrində yerli çiplərə keçid edir.

Seçilən
15
afn.az

1Mənbələr