AZ

İsrail Qəzzada sülh üçün şərtlərini açıqladı

ain.az, Oxu.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada sülh üçün beş əsas prinsipi açıqlayıb.

Oxu.Az TASS-a istindən xəbər verir ki, onun sözlərinə görə, bu beş prinsip İsrailin təhlükəsizliyini təmin edəcək.

"HƏMAS-ın tam tərksilahı, bütün girovların qaytarılması, Qəzza zolağının tam silahsızlaşdırılması, İsrailin bölgədəki təhlükəsizliyə nəzarəti, Qəzza zolağında alternativ mülki administrasiyanın yaradılması. İsrail bunların həyata keçirilməsi üzərində işləyir və hamının bunu anlamasının vaxtı çatıb", - deyə Netanyahu bildirib.

O, həmçinin qeyd edib ki, bir həftə əvvəl hökumət müharibəyə son qoymaq üçün beş əsas prinsipi təsdiqləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
8
oxu.az

9Mənbələr