AZ

Avropada həyəcan SİQNALI: Soyuq Müharibədən bəri belə hazırlıq olmayıb

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsindən sonra müdafiə sənayesində tarixi dönüş nöqtəsinə qədəm qoyub.

Globalinfo.az-ın xəbərinə görə, qitədə sursat istehsalı sülh dövrünə nisbətən üç dəfə artıb, yeni hərbi obyektlərin tikintisi isə rekord həddə çatıb.

“Financial Times” nəşrinin Avropa Kosmik Agentliyinin Sentinel-1 radar peyklərindən əldə etdiyi məlumatların təhlili göstərir ki, 37 şirkət üzrə 150 sahədə genişmiqyaslı hazırlıqlar aparılır. Ümumilikdə 7 milyon kvadratmetrdən çox yeni sənaye sahəsi artıq istifadəyə verilib və ya tikilməkdədir.

2020–2021-ci illərdə genişləndirmə sahəsi 790 min kvadratmetr idisə, 2024–2025-ci illərdə bu rəqəm 2,8 milyon kvadratmetrə yüksəlib. Yeni fabriklər, döşənmiş yollar, partlayıcı qurğular və sursat anbarları bu artımın əsasını təşkil edir.

Almaniyanın “Rheinmetall” və Macarıstanın “N7 Holding” şirkətləri Varpalotada iri sursat kompleksi inşa edib. İlk mərhələsi 2024-cü ilin iyulunda istifadəyə verilən zavod “KF41 Lynx” zirehli texnikası üçün 30 mm-lik mərmilər istehsal edir. Gələcəkdə “Leopard 2” və “Panther” tankları, eləcə də 155 mm-lik artilleriya mərmiləri üçün istehsal gücü əlavə olunacaq.

Norveçin “Kongsberg” şirkəti isə 62 milyon dollarlıq yeni raket zavodu açıb. Layihənin 10 milyon avroluq hissəsi Avropa İttifaqının “Sursat İstehsalına Dəstək Proqramı” (ASAP) çərçivəsində maliyyələşdirilib.

Britaniyanın “BAE Systems” şirkəti Uelsdəki “Glascoed” müəssisəsində yeni partlayıcı doldurma xətti quraşdıraraq 155 mm-lik mərmi istehsalını 16 dəfə artırmağı planlaşdırır. Almaniyanın MBDA şirkəti isə Patriot GEM-T hava hücumundan müdafiə raketlərinin istehsalı üçün yeni obyekt tikir.

Oslo Universitetinin raket eksperti Fabian Hoffmann bildirib ki, Avropa hələ də Rusiyanın səfərbərlik tempi ilə ayaqlaşa bilmir:

“Raketlər NATO-nun qələbə strategiyası üçün əsasdır. Əgər çəkindirmək istəyiriksə, istehsalı daha da artırmalıyıq”.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr