AZ

Konfrans Liqası: “Sabah” mübarizəni dayandırıb

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı klubu “Bank Respublika Arena”da Bolqarıstanın “Levski” kollektivini qəbul edib.

Rəqib ilk görüşdə olduğu kimi, cavab matçında da qalib gəlib (2:0) və adını pley-off mərhələsinə yazdırıb.

Qolları Radoslav Kirilov və Mazir Soula vurublar.

İlk oyunda Sofiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Qarşılaşmanı ukraynalı baş hakim Mikola Balakin idarə edib.

Seçilən
16
7
operativmm.az

8Mənbələr