AZ

Melaniya Tramp Baydenin oğlunu məhkəməyə verə bilər – Epşteynin adı keçir


ABŞ-nin birinci xanımı Melaniya Trampın vəkilləri keçmiş prezident Co Baydenin oğlu Hanter Baydeni məhkəmə işi ilə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalının mənbələri məlumat verib.
Avqustun 5-də kiçik Bayden “YouTube”da video yayımlayıb və Melaniyanı ABŞ-nin indiki Prezidenti Donald Trampla tanış edənin mərhum maliyyəçi, pedofiliya ittihamı ilə həbs edilən Cefri Epşteyn olduğunu deyib.
“Bu bəyanatlar nəinki tamamilə yalandır, həm də xanım Trampın reputasiyasına düzəlməz ziyan vurur”, – vəkillər məktubda bildiriblər.
Mənbələrə görə, Hanter Bayden məlumatı təkzib etməsə, Melaniya Tramp bir milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edəcək. Mənbələrin “Fox News”a verdiyi məlumata görə, müəyyən edilmiş ultimatum müddəti avqustun 7-də başa çatıb. Onların sözlərinə görə, kiçik Bayden Trampın həyat yoldaşının iddiasına məhəl qoymayıb və bu, məhkəməni demək olar ki, qaçılmaz edir.
Seçilən
24
yeniavaz.com

1Mənbələr