BAKI, 14 avqust. TELEQRAF
Hindistanın Kəşmir bölgəsində güclü yağışlar nəticəsində əksəriyyəti zəvvarlar olmaqla 37 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, Kəşmir polisinin məlumatına görə, hadisə nəticəsində 100-dən çox yaralı qeydə alınıb.
Qurbanların əksəriyyətinin "Machale Mata" məbədinə gedən zəvvarlar olduğu bildirilib.
"65 nəfər xilas edilib, ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdirilir. Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrinin (CISF) bir əməkdaşının cəsədi tapılıb, daha üç nəfər isə itkin düşüb", - polisin məlumatında qeyd edilib.