Hindistanın Kəşmir bölgəsində cümə günü yağan güclü yağışlar nəticəsində azı 60 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 200-dən insan isə itkin düşüb. Yolların və körpülərin dağılması nəticəsində nəqliyyatın hərəkəti dayanıb, xilasetmə qrupları zərərçəkənlərə yardım etməyə çalışır.