AZ

Küçədə meyiti tapılan şair Kəramət Şükürovun ölüm səbəbi bilindi - Yenilənib

Ötən gün küçədə meyiti tapılan şair Kəramət Şükürovun ilkin ölüm səbəbi bilinib...

Poliqon Teleqraf-a istinadən xəbər verir ki, mərhum infarktdan vəfat edib.

Qeyd edək ki, şair, nasir, jurnalist Kəramət Şükürov ötən gün saat 19-20 radələrində vəfat edib.

13.08.2025

Şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

Şair, jurnalist Kəramət Şükürov bu gün saat 19-20 radələrində ölüb.

APA-nın əldə etdiyi məlumata görə, şairin ölümündə kriminal hal yoxdur, təbii ölüm baş verib.

***

Bu barədə APA-ya “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov məlumat verib.

İlkin məlumata görə, Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma başladılıb.

Kəramət Şükürovun vəfat səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

Poliqon.info

Seçilən
36
3
poliqon.info

10Mənbələr