“Sumqayıt”ın hücumameyilli yarımmüdafiəçisi Qabil Əlizadə bundan sonra Premyer Liqanın yeni iştirakçısı “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Qabil Əlizadə geridə qalmış mövsümdə “Sumqayıt”ın əvəzedicilərindən ibarət komandasında çıxış edib. O, ötən mövsüm klubun əsas komandasının heyətində Premyer Liqada da bir oyuna çıxıb.
“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno, Uğur Cahangirov, Vitor Roşa, Səid İranxan, Coy-Slayd Mikels, Pedro Mateus və İmani Barkeri də heyətinə qatmışdı.
Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə Yevlax klubu ilə yeni müqaviləyə imza atıblar. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə komandanı tərk ediblər.