"Qarabağ" pressinqlə hücumda çox top qazandı.
Hücumda birinci zonada topu qazanırsansa, böyük üstünlüyə malik olursan.
Çünki rəqib hücuma çıxarkən müdafiəçilər arasında məsafə genişləndiyindən sığorta üçün kobudluğa məcbur olurlar. "Şkendiya" ilə ilk matçda da bunu izlədik".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Elçin Cəfərovun aparıcısı olduğu verilişdə futbol mütəxəssisi Amit Quluzadə Çempionlar Liqasının üçüncü təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” -"Şkendiya" (5:1) matçı ilə bağlı şərhlər verib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.