"Sportinfo TV"də yayımlanan "Sözüm var" verilişinin növbəti buraxılışı baş tutub.
Xanoğlan İmanovun müəllifi olduğu proqram dünən axşam canlı olaraq efirə gedib.
Azərbaycan klublarının avrokuboklardakı növbəti görüşlərinə həsr olunan buraxılışda İmanov Çempionlar Liqasında mübarizə aparan "Qarabağ"ın "Şkendiya", Konfrans Liqasındakı təmsilçilərimiz olan "Araz Naxçıvan"ın "Omoniya" və "Sabah"ın "Levski" ilə cavab görüşü öncəsi şanslarını dəyərləndirib.
1, 5 saat davam edən efir müddətində izləyiciləri maraqlandıran digər klublarımızla bağlı suallara da cavab verilib.