Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, tibb ixtisası üçün 6500azn, stomatologiya ixtisası üçün 6000azn, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000azn olaraq dəyişdirilib.