AZ

Tibb Universiteti təhsil haqqının artırılmasına münasibətbildirdi

Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.

Gundem.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, tibb ixtisası üçün 6500 AZN, stomatologiya ixtisası üçün 6000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 AZN olaraq dəyişdirilib.

Seçilən
34
1
gundem.az

2Mənbələr