AZ

"Mançester Yunayted"i  "Milan"a dəyişir

"Mançester Yunayted"ın hücumçusu Rasmus Hoylund "Milan"la transfer danışıqlarını davam etdirir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, danimarkalı futbolçu əvvəllər "qırmızı şeytanlar"dan ayrılmaq istəmirdi, lakin hazırda onun keçidi mümkün görünür, çünki "Sportinq"in baş məşqçisi Ruben Amorin onu komandada görmür.

Hoylundun ailəsi, o cümlədən atası, "Milan"ın rəhbərliyinə keçidin ciddi şəkildə nəzərdən keçirildiyini bildiriblər.

22 yaşlı hücumçu, "Milan"ı dünyanın ən uğurlu klublarından biri olaraq çox böyük hörmətlə qarşılayır və komandanın baş məşqçisi Massimiliano Alleqrilə işləmə perspektivini də maraqlı hesab edir. Bildirilir ki, "Milan" Rasmus Hoylundun transferini kirayə yolu ilə reallaşdırmaq istəyir

: 5 milyon avro qarşılığında bir illik icarə və sonrasında 40-45 milyon avro qarşılığında birdəfəlik transferi nəzərdən keçirilir.

Seçilən
100
42
90deqiqe.az

10Mənbələr