AZ

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki illə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.

Seçilən
99
14
icma.az

10Mənbələr