AZ

Cəlilabadda yanğın törədən şəxs SAXLANILDI

Avqustun 13-də Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Məmmədov məsuliyyətə cəlb olunub.

Bizim.Media

Seçilən
99
18
bizim.media

10Mənbələr