Pakistan, Azərbaycanla əvvəlcədən məsləhətləşmədən Ermənistanla bağlı siyasətini dəyişmək niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistanın müstəqilliyinin 78-ci ildönümü münasibətilə səfirlikdə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Pakistan bu günə qədər Ermənistanı müstəqil dövlət kimi tanımayıb:
“Bunun səbəbi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğal etməsidir”.
Səfir vurğulayıb ki, bu, qardaş Azərbaycanla olan sevgi, hörmət və həmrəyliyimizin təzahürüdür:
“Biz bu siyasətə artıq otuz ildir sadiqik və dəyişiklik yalnız Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkündür". (Report.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta