BAKI, 14 avqust. TELEQRAF
Pakistan qeyri-nüvə müharibəsi üçün ordunun döyüş qabiliyyətini artıracaq raket qüvvələri yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif məlumat verib.
“Raket qüvvələri ən yeni silahlarla təchiz olunacaq və ordunun döyüş qabiliyyətinin gücləndirilməsində mühüm mərhələ olacaq”, - baş nazir bildirib.
Pakistan ordusundakı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, raket qüvvələrinin komandanlığı onların yerləşdirilməsini və nüvə silahının istifadə olunmadığı hərbi münaqişələrdə istifadəsini həyata keçirəcək.
“Aydındır ki, yeni qoşunlar Hindistana qarşı döyüş əməliyyatları üçün nəzərdə tutulub”, - mənbə əlavə edib.