Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.
" Cebheinfo.az" xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.
Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb.
Hərbçilərimizin ana dilimizdə qarşılanması anının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"