ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Əməkdar artist Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova Türkiyəyə istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, o, reytinqli seriallardan olan "Aşk-ı Memnu"nun çəkildiyi malikanədə olub. Gülarə dəniz mənzərəli villanın gəzərək oradan görüntülər lentə alıb.
Bu barədə o şəxsi instaqram hesabında bildirib.
Sözügedən villa İstanbulun Sarıyer bölgəsindəki Büyükdere məhəllsəində yerləşir. Bura xarici turistlər də gəlirlər.
Xatırladaq ki, "Aşk-ı Memnu" ilk dəfə 2008-ci ildə ekranlara gəlib. Rollarda Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Nebahat Çehre, Zerrin Tekindor kimi tanınmış aktyorlar çəkiliblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.