AZ

Dembele Superkubokub ən yaxşısı seçilib

PSJ-nin Usman Dembele UEFA Superkubokunun ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, ulduz futbolçusu "Tottenhem"lə görüşün 90+4-cü dəqiqəsində bərabərlik qolunun ötürməsinin müəllifi olub.

Dembele penalti seriyasında dəqiq zərbə ilə komandasının qələbəsində əsas rollardan birini oynayıb. Usman 2025-ci ildə 37 oyunda 28 qol və 10 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Fransa yığmasının üzvü "Qızıl top-2025" mükafatına qazanmağa əsas namizəd hesab olunur.

İdman.biz

Seçilən
54
2
idman.biz

3Mənbələr