AZ

Usman Dembele ötən gecənin ən yaxşı futbolçusu oldu

PSJ-nin yarımmüdafiəçisi Usman Dembele UEFA Superkubokunun ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, ulduz futbolçusu "Tottenhem"lə görüşün 90+4-cü dəqiqəsində bərabərlik qolunun ötürməsinin müəllifi olub.

Dembele penalti seriyasında dəqiq zərbə ilə komandasının qələbəsində əsas rollardan birini oynayıb. O, 2025-ci ildə 37 oyunda 28 qol və 10 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Fransa yığmasının üzvü "Qızıl top-2025" mükafatını qazanmağa əsas namizəd hesab olunur.

Bizim.Media

Seçilən
49
2
bizim.media

3Mənbələr