Aerodrom zonaları, müəyyən edilmiş enmə və qalxma marşrutları arasında radiolokasiya nəzarəti varsa ən azı 6 mil (11 km), yoxdursa 12 mil (22 km) məsafə olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Bu məsafələr hava gəmilərinin təhlükəsizliyi üçün zəruridir.
Məhdud hava məkanına malik aerodrom zonalarında məsafələr 2 dəfə az ola bilər.
HHQ komandanı xüsusi hallarda məsafə və hündürlük sərhədlərini azalda bilər.