AZ

Bakı təsdiqlədi, Ankara üçün “yaşıl işıq” – 32 illik qadağa aradan qalxır

ABŞ-da baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və bəyannamənin imzalanmasından sonra Ankara-İrəvan münasibətləri yenidən gündəmə gəlib. Artıq prosesin gedişatında Türkiyə ilə Ermənistan arasında da sərhədlərin açıla biləcəyi, həmçinin iqtisadi-ticarət əlaqələrinin bərpasının mümkün olduğu bildirilir.

Analitiklər hesab edir ki, Ermənistanın Avropa bazarına çıxışı üçün Türkiyə ilə münasibətləri normallaşdırması və sərhədin açılması vacibdir. Lakin bu proses hələ də siyasi və təhlükəsizlik məsələləri ilə əlaqədar çətinliklərlə üzləşir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Türkiyə Ermənistanla quru sərhəd qapılarını Kəlbəcərin işğalından sonra – 1993-cü il aprelin 3-də bağlayıb:

“O vaxtdan etibarən rəsmi Ankara sərhədlərin açılmasının yalnız Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra mümkün olacağını bəyan edib. 44 günlük müharibədə əldə olunan qələbədən, xüsusilə antiterror əməliyyatlarından sonra yeni vəziyyət yaranıb və Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün təmasları artırıb. Bunun üçün xüsusi nümayəndələr təyin olunub, danışıqlar aparılıb və bəzi razılaşmalar əldə edilib. Məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması, diplomatik və rəsmi pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılması kimi məsələlər müzakirə edilib. Lakin bu razılaşmalar işə yaramadı, çünki müharibə bitsə də, Azərbaycan və Ermənistan arasında sülh sazişi, habelə Zəngəzur dəhlizi ilə bağlı razılıq hələ əldə edilməmişdi”.

yusifYusif Bağırzadə

Politoloq qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç dəfələrlə sərhədlərin yalnız Bakı və İrəvan arasında sülh sazişinin imzalanması baş tutduqdan sonra açılacağını vurğulayıblar:

“İndi isə tamamilə yeni situasiya yaranıb. Sülh sazişinin maddələri paraflanıb, İrəvan Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə ilə Konstitusiya dəyişiklikləri və Zəngəzur dəhlizinin açılması məsələsində öhdəliklər götürüb.

Ermənistanın Rusiya ilə münasibətlərində dəyişiklik və iqtisadi asılılıqdan çıxmaq istəyi, Türkiyəyə bu ölkənin bazarlarında nüfuzunu artırmaq üçün yeni imkanlar yaradır. Bu faktlar Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ehtimalını gücləndirir”.

Seçilən
63
38
bakuinfo.net

10Mənbələr