Naxçıvan, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 927 milyon 298 min 100 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,3 faiz artaraq 1967,1 manat olub.