AZ

Talassemiyanın müalicəsi mümkündürmü?

BAKI, 13 avqust. TELEQRAF

“Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu, xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır”.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova deyib.

Onun sözlərinə görə, hazırda yeganə tam sağaldıcı müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır:

“Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq vəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün bu üsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsində istifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstənin xəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kök hüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaq potensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlər səbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.

Seçilən
61
4
teleqraf.com

7Mənbələr