AZ

Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacib addımdır - Tünzalə Əhmədova

Bakı. Trend:

Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçünvacib addımdır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda nazirliyin Milli Hematologiya vəTransfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiyaşöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, bəzən insanlar zahirən özlərini sağlam hissedirlər, lakin bəzi irsi xəstəliklərin daşıyıcıları olduqlarınıbilmirlər:

“Məsələn, talassemiya kimi qan xəstəlikləri adətən gizlidaşıyıcı formada olur və bu halda insanda heç bir şikayət görünməyəbilər. Amma hər iki tərəf eyni genin daşıyıcısı olduqda, onlarınövladlarında xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksəkolur.

Qohum evliliklərində bu risk daha da artır, çünki eyni ailəgenetik fonda oxşar mutasiyalara malik ola bilər. Nəticədə, nadirxəstəliklərin belə iki tərəfdə eyni anda daşıyıcı olma ehtimalıyüksəlir. Tibbi müayinə və genetik analizlər evlilikdən əvvəl buriski müəyyən etməyə, lazım gələrsə, həkim məsləhəti ilə sağlamnəsil planlaşdırmağa imkan verir”.

T.Əhmədova qeyd edib ki, nikahdan əvvəl müayinə sadəcə formalprosedur deyil, həm valideynlərin, həm də gələcək övladlarınsağlamlığı üçün məsuliyyətli seçimdir:

“Bu müayinələr sayəsində erkən diaqnoz qoymaq və zəruritədbirlər görmək mümkündür. Nəticədə, həm fərdi, həm də cəmiyyətsağlamlığı qorunur, gələcəkdə xəstəliklərin yayılmasının qarşısıalınır”.

Seçilən
73
2
az.trend.az

3Mənbələr