AZ

Trampın Nobelə namizədliyini dəstəkləyən liderlər: Syahıda İlham Əliyev də var

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən xarici liderlərin siyahısını dərc edib. 

“Cebheinfo.az” xəbər verir ki, siyahı Ağ Evin X sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

Trampın namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon Prezidenti Brice Oliqi Nguema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe dəstəkləyib.

İyun ayında respublikaçı konqresmen Buddi Karter Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmüşdü. O, Nobel Komitəsinə göndərdiyi məktubda Trampın “İsrail və İran arasında silahlı münaqişəyə” son qoyulmasında “fövqəladə və tarixi rol” oynadığını bildirib. Bundan bir qədər əvvəl onun mükafata namizədliyi Pakistan hökuməti tərəfindən də Hindistanla münaqişənin həllində vasitəçilik etmək üçün tövsiyə edilmişdi. Tramp, həmçinin Azərbaycanla Ermənstan arasında sülhə də vasitəçi olub.

Xəzər

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
4
cebheinfo.az

8Mənbələr