AZ

Trampın Nobel almasını dəstəkləyən liderlər: Siyahıda İlham Əliyev də var

Ağ Ev ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatı üçün dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

Trampın namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon Prezidenti Brays Oliqi Nqema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe dəstəkləyib.

İyun ayında respublikaçı konqresmen Buddi Karter Trampı Nobel Sülh Mükafatına namizəd göstərmişdi. Nobel Komitəsinə yazdığı məktubda o, Trampın “İsrail və İran arasında silahlı münaqişəyə” son qoyulmasında “fövqəladə və tarixi rol” oynadığını bildirib. Bundan bir qədər əvvəl Pakistan hökuməti də onu Hindistanla münaqişədə vasitəçiliyinə görə mükafata layiq görülməsini tövsiyə etmişdi.

Seçilən
20
4
publika.az

8Mənbələr