Azərbaycan futbolunu araşdırmağa davam edirik.
Bu dəfə Azərbaycan Kubokunun çempionlarını xatırlayacağıq. Bu kobokda çempion olmaq hər bir klub üçün çox önəmlidir.
Çünki ölkə kubokunu qazanan komanda Azərbaycanın UEFA sıralamasındakı mövqeyindən asılı olaraq Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanır.
Azərbaycan Kubokunu ən çox qazanan komanda 8 dəfə ilə “Qarabağ”dır. Onu 6 dəfə ilə “Neftçi” təqib edir.
Həmçinin, “Kəpəz” 4, “Xəzər Lənkəran” və “Bakı” 3 dəfə ölkə kubokunun sahibi olub. “Qəbələ” və “Keşlə” 2, “İnşaatçı”, “Şəfa” və “Sabah” isə 1 dəfə bu turnirdə çempionluq sevinci yaşayıb. Kuboku ən çox ardıcıl qazanan komanda ünvanı da 3 dəfə ilə “Qarabağ”a məxsusdur.
Sözügedən turnirin ən uğurlu baş məşqçisi də Qurban Qurbanovdur. O, “Qarabağ”da 6 dəfə bu uğuru nail olub.
“Cebheinfo.az” indiyə qədər Azərbaycan Kubokunu qazanmış klubların siyahısını təqdim edir: