AZ

Azərbaycan Kubokunun çempionları SİYAHI

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan futbolunu araşdırmağa davam edirik.

Bu dəfə Azərbaycan Kubokunun çempionlarını xatırlayacağıq. Bu kobokda çempion olmaq hər bir klub üçün çox önəmlidir.

Çünki ölkə kubokunu qazanan komanda Azərbaycanın UEFA sıralamasındakı mövqeyindən asılı olaraq Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanır.

Azərbaycan Kubokunu ən çox qazanan komanda 8 dəfə ilə “Qarabağ”dır. Onu 6 dəfə ilə “Neftçi” təqib edir.

Həmçinin, “Kəpəz” 4, “Xəzər Lənkəran” və “Bakı” 3 dəfə ölkə kubokunun sahibi olub. “Qəbələ” və “Keşlə” 2, “İnşaatçı”, “Şəfa” və “Sabah” isə 1 dəfə bu turnirdə çempionluq sevinci yaşayıb. Kuboku ən çox ardıcıl qazanan komanda ünvanı da 3 dəfə ilə “Qarabağ”a məxsusdur.

Sözügedən turnirin ən uğurlu baş məşqçisi də Qurban Qurbanovdur. O, “Qarabağ”da 6 dəfə bu uğuru nail olub. 

“Cebheinfo.az” indiyə qədər Azərbaycan Kubokunu qazanmış klubların siyahısını təqdim edir:

• “İnşaatçı Bakı” - 1992

• “Qarabağ” – 1993

• “Kəpəz” – 1993/94

• “Neftçi” – 1994/95

• “Neftçi” – 1995/96

• “Kəpəz” – 1996/97

• “Kəpəz” – 1997/98

• “Neftçi” – 1998/99

• “Kəpəz” – 1999/2000

• “Şəfa” – 2000/01

• “Neftçi” – 2003/04

• “Bakı” – 2004/05

• “Qarabağ” – 2005/06

• “Xəzər Lənkəran” – 2006/07

• “Xəzər Lənkəran” – 2007/08

• “Qarabağ” – 2008/09

• “Bakı” – 2009/10

• “Xəzər Lənkəran” – 2010/11

• “Bakı” – 2011/12

• “Neftçi” – 2012/13

• “Neftçi” – 2013/14

• “Qarabağ” – 2014/15

• “Qarabağ” – 2015-16

• “Qarabağ” – 2016/17

• “Keşlə” – 2017/18

• “Qəbələ” – 2018/19

• “Keşlə” – 2020/21

• “Qarabağ” – 2021/22

• “Qəbələ” – 2022/23

• “Qarabağ” – 2023/24

• “Sabah” – 2024/25.

Elmir Mustafa

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr