AZ

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Sumqayıt. Trend:

Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyəgörə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərinminnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Trend xəbərverir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri HusyevAzərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlıjurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrikavadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçünistifadə edəcək:

"Biz xüsusilə qiymətləndiririk ki, bu, cari ildə aldığımızelektrik avadanlığı yardımının ikinci paketidir. Azərbaycantərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk".

"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinidəstəkləmişik. Azərbaycanın tariximizin ən qaranlıq və çətindövründə bizə dəstək göstərməsinə görə dərin təşəkkürümüzübildiririk", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynayahumanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrikavadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün SumqayıtTexnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən,Energetika Nazirliyi tərəfindən təmin edilir.

Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrikkabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəsttransformator daxildir. Ukraynada davam edən müharibədən zərərgörmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatınınbərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukraynatərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin dəyaxın günlərdə yola salınması planlaşdırılır.

Məqalədə:
Seçilən
75
6
az.trend.az

10Mənbələr