AZ

İndiyədək Azərbaycandan Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon dolları ötüb

Sumqayıt. Trend:

Müharibə şəraiti ilə əlaqədar Azərbaycan tərəfindən Ukraynayagöstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarınıötməkdədir.

Trend xəbərverir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi CahidMikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi iləbağlı jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynadadavam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilətəchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynayahumanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrikavadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün SumqayıtTexnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən,Energetika Nazirliyi tərəfindən təmin edilir.

Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrikkabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəsttransformator daxildir. Ukraynada davam edən müharibədən zərərgörmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatınınbərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukraynatərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin dəyaxın günlərdə yola salınması planlaşdırılır.

Seçilən
79
49
az.trend.az

10Mənbələr