AZ

Azərbaycanlı futbolçu Rusiyada növbəti dəfə turun rəmzi yığmasına düşüb

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Zenit"də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb. SİA-nın məlumatına görə, müdafiəçi XVII turun "11-liy"inə seçilib.

O, "Rubin"ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, Nigar Mirzəliyeva X və XIII turda da həftənin rəmzi "11-liy"ində yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
sia.az

7Mənbələr