AZ

Azərbaycanın Paralimpiya çempionu reytinq cədvəlində liderliyini davam etdirir

Bakı, 13 avqust, AZƏRTAC

Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov 662.85 xalla 70 kiloqram çəki dərəcəsində liderliyini davam etdirir.

58 kiloqram çəkidə Paralimpiadanın bürünc mükafatçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.

Amin Şıxalıyev (63 kiloqram) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib, Orxan Cəfərov (80 kiloqram) isə 24,74 xalla 30-cu yerdədir.

 

Seçilən
51
8
azertag.az

6Mənbələr