Bakı. Trend:
Bu ilin birinci yarısında banklararası bazarın təminatsızsektorunda aktivlik davam edib.
Trend MərkəziBanka istinadən xəbər verir ki, 2025-ci ilin 6 ayında Blumberqticarət sistemində banklar arasında 41.4 milyard manat məbləğində2148 ədəd əqd bağlanıb.
Məlumata görə, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlükolub. Ötən ilin müvafiq dövrünə nisbətən təminatsız bazardaəqdlərin həcmi 26%, sayı isə 55% artıb.
"Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faizdəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi- AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində- uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. Belə ki, AZIRindeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, IIrübdə isə -0.22% olub. Ümumilikdə, 2025- ci ilin 6 ayında AZIRindeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 faiz bəndiolub", - deyə məlumatda qeyd edilib.