Bakı. Trend:
Bu ilin I yarısında daxili istehlakın artımı məcmu tələbəəhəmiyyətli təsir göstərib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 2025-ci ilin I rübündənominal ÜDM-nin tərkibində ev təsərrüfatlarının son istehlakxərcləri 58.2% (ötən ilin eyni dövrünə nisbətən 2.7 faiz bəndiartım), dövlət idarələrinin son istehlak xərcləri isə 15% (ötənilin eyni dövrünə nisbətən 1.2 faiz bəndi artım) təşkil edib.
Hesabat dövründə ev təsərrüfatlarının son istehlak xərclərinominal ifadədə 8.26%, dövlət idarələrinin son istehlak xərcləriisə 12.51% artıb.
2025-ci ilin I yarısında əhaliyə satılmış malların vəgöstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nəzərən 5.1%artaraq 37.7 milyard manat olub.
Qeyri-dövlət mülkiyyəti üzrəümumi dəyər ötən ilin eyni dövrünənisbətən 4.9% artaraq 36.2 milyard manat təşkil edib.
İstehlak bazarında formalaşan ümumi dəyərin 78.5%-i pərakəndəticarət dövriyyəsi, 18.2%-i ödənişli xidmətlər, 3.3%-i isə ictimaiiaşə dövriyyəsi hesabına olub.