AZ

2025-ci ilin I yarısında daxili istehlak nominal ÜDM-ə əhəmiyyətli təsir göstərib

2025-ci ilin I yarısında daxili istehlak göstəriciləri

2025-ci ilin I yarısında daxili istehlakın artımı məcmu tələbə əhəmiyyətli təsir göstərib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin I rübündə nominal ÜDM-nin tərkibində:

  • Ev təsərrüfatlarının son istehlak xərcləri 58,2% (ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz bəndi artım)
  • Dövlət idarələrinin son istehlak xərcləri 15% (ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz bəndi artım) təşkil edib

Hesabat dövründə:

  • Ev təsərrüfatlarının son istehlak xərcləri nominal ifadədə 8,26% artıb
  • Dövlət idarələrinin son istehlak xərcləri isə 12,51% artıb

2025-ci ilin I yarısında əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,1% artaraq 37,7 milyard manat olub. Qeyri-dövlət mülkiyyəti üzrə ümumi dəyər isə 36,2 milyard manat təşkil edib, bu da ötən ilin eyni dövrünə nisbətən 4,9% artım deməkdir.

İstehlak bazarında formalaşan ümumi dəyərin bölüşdürülməsi:

  • 78,5% pərakəndə ticarət dövriyyəsi
  • 18,2% ödənişli xidmətlər
  • 3,3% ictimai iaşə dövriyyəs

Fuad Mədətov
Finss.az

Seçilən
13
1
fins.az

3Mənbələr