Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.