AZ

Premyer Liqa tarixinin 33 bombardiri

Azərbaycan Premyer Liqasının 2025-26 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

Msport.az xəbər verir ki, ilk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvat əsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

 

33 mövsümdə ən çox qol vuran 33 futbolçu
1. Nazim Əliyev – 183
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
10. Kənan Kərimov – 101
11. Musa Qurbanov – 94
12. Fazil Pərvərov – 89
13. Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85
16. Samir Əliyev – 84
17. İsmayıl Məmmədov – 76
18. İlham Məmmədov – 74
19. Azər İsayev – 73
20. Paşa Əliyev – 72
21. Badri Kvaratsxeliya – 71
22. Zaur Ramazanov – 70
23-24. Filip Ozobiç – 66
Yunis Hüseynov – 66
25-26. Vidadi Rzayev – 65
Mahir Əliyev – 65
27. Rauf Əliyev – 63
28-30. Mahmud Qurbanov – 61
Ramiz Məmmədov – 61
Georgi Adamiya – 61
31. Mahir Emreli – 59
32. Rəşad Abdullayev – 58
33. Davit Volkov – 54

Seçilən
12
4
msport.az

10Mənbələr