AZ

PFL ölkə çempionatları tarixinin bombardirlərinin siyahısını təqdim edib

Peşəkar Futbol Liqası ölkə çempionatları tarixinin bombardirlərinin siyahısını təqdim edib.

Day.Az xəbər verir ki, Misli Premyer Liqasının 2025/26 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

İlk "onluq"da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. "Neftçi"də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvat əsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

33 mövsümdə ən çox qol vuran 33 futbolçu isə bunlardır:

1 Nazim Əliyev 183

2 Müşfiq Hüseynov 125

3 Rövşən Əhmədov 116

4-5 Qurban Qurbanov 115

Samir Ələkbərov 115

6 Alay Bəhramov 108

7 Nadir Nəbiyev 103

8-9 Xaqani Məmmədov 102

Vadim Vasilyev 102

10 Kənan Kərimov 101

11 Musa Qurbanov 94

12 Fazil Pərvərov 89

13 Samir Musayev 88

14-15 Fərrux İsmayılov 85

 

İmamyar Süleymanov 85

16 Samir Əliyev 84

17 İsmayıl Məmmədov 76

18 İlham Məmmədov 74

19 Azər İsayev 73

20 Paşa Əliyev 72

21 Badri Kvaratsxeliya 71

22 Zaur Ramazanov 70

23-24 Filip Ozobiç 66

Yunis Hüseynov 66

25-26 Vidadi Rzayev 65

Mahir Əliyev 65

27 Rauf Əliyev 63

28-30 Mahmud Qurbanov 61

Ramiz Məmmədov 61

Georgi Adamiya 61

31 Mahir Emreli 59

32 Rəşad Abdullayev 58

33 Davit Volkov 54

Seçilən
27
3
day.az

10Mənbələr