Bizim çox pis bir xüsusiyyətimiz var. Uşaqlıqdan “qonşular nə deyər” şüarı ilə böyüyürük. Valideynlər övladlarına “bala, onu belə etmə, qonşular nə deyər?”, “belə geyinmə, qonşular nə deyər?” deyə-deyə bizi böyüdürlər. Sonra isə başlanır bu “qonşular nə deyər”-in miqyasının böyüməsi və qapı qonşusundan sərhəd qonşusuna transformasiyası.
İndi də baxıram, Vaşinqtonda əldə edilən uğurdan sonra bəziləri ruhən özlərinə yaxın bildikləri və o gecə Ağ Evdə olanları ekran qarşısından izləyən qonşularının nə deyəcəyindən, necə davranacağından narahat olurlar.
Müstəqil ölkə odur ki, milli maraqlarına uyğun addım ata bilsin, qərar verə bilsin. Biz hər imza atdığımız sənədə öncədən qonşulardan rəy alsaq, inanın, çox da uzağa gedə bilmərik. Yaxşı qonşu bizim müstəqilliyimizə, qərarlarımıza hörmət edəndir, müdaxilə edən yox.
Aqil Məmmədov, politoloq