AZ

Tramp-Putin zirvəsi Alyaskada keçiriləcək

Tramp-Putin zirvəsi Alyaskada keçiriləcək

Ağ Ev sözçüsü Karolin Livit bildirib ki, 15 avqust cümə günü Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək zirvə görüşündən ümidlidirlər.

Ağ Ev sözçüsü Livit keçirdiyi mətbuat brifinqində 15 avqust cümə günü baş tutacaq Tramp-Putin görüşü barədə fikirlərini bölüşüb.

ABŞ-lı sözçü bildirib ki, görüş Alyaskanın Ançoraj şəhərində olacaq və Tramp ilə Putin arasında təkbətək keçiriləcək.

Livit zirvədən ümidli olduqlarını və Prezident Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün bu görüşü çox önəmli saydığını vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin niyə dəvət olunmadığı barədə sualı cavablandıran sözçü bildirib ki, bu görüşü Putin istəyib və Tramp daha sonra Zelenski ilə görüşə bilər.

Livit Tramp ilə Putin görüşünün təkbətək olub-olmaması sualına “Bəli, plan bu cürdür” cavabını verib.

Seçilən
90
50
afn.az

10Mənbələr