AZ

KİV: ABŞ gələn həftə Rusiya və Ukraynanın iştirakı ilə sammit təşkil edə bilər

Vaşinqton administrasiyası ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli sammitin təşkili üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, görüş gələn həftənin sonunda baş tuta bilər.

Daha əvvəl Amerika lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskadakı görüşünün konstruktiv olacağına dair nikbinliyini ifadə edib və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli görüşün təşkili planlarını açıqlayıb.

Seçilən
14
1
report.az

10Mənbələr