AZ

Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

NATO-nun baş katibi Mark Rutte, Polşanın Baş naziri Donald Tusk və digər Avropa liderləri avqustun 13-də ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı onlayn danışıqlarda iştirak edəcəklər.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Görüş Almaniya kansleri Fridrix Mertsin təşəbbüsü ilə avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərəfəsində baş tutacaq.

Bir neçə raundda keçiriləcək danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak edəcək. Aİ-nin xarici işlər naziri Kaya Kallas daha əvvəl deyib ki, Avropa liderləri Trampı “Avropa və Ukraynanın maraqlarını müdafiə etməyə” çağırmaq və Moskvaya güzəştə getməmək, təzyiq dilindən istifadə etmək niyyətindədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
5
azpolitika.info

6Mənbələr