AZ

Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq

NATO-nun baş katibi Mark Rutte, Polşanın Baş naziri Donald Tusk və digər Avropa liderləri avqustun 13-də ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı onlayn danışıqlarda iştirak edəcəklər.

"Ölkə.az" xəbər verir ki, görüş Almaniya kansleri Fridrix Mertsin təşəbbüsü ilə avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərəfəsində baş tutacaq.

Bir neçə raundda keçiriləcək danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak edəcək. Aİ-nin xarici işlər naziri Kaya Kallas daha əvvəl deyib ki, Avropa liderləri Trampı “Avropa və Ukraynanın maraqlarını müdafiə etməyə” çağırmaq və Moskvaya güzəştə getməmək, təzyiq dilindən istifadə etmək niyyətindədirlər.

Seçilən
5
5
olke.az

6Mənbələr