AZ

Ukrayna torpaqları satılmır Poroşenko ərazi iddialarına son qoydu

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko ölkə ərazilərinin Rusiyaya verilməsi ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.

Rusiya Federasiyası Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) tərəfindən “ekstremist fəaliyyətdə və ya terrorçuluqda iştirak edən şəxslər” siyahısına daxil edilən Poroşenko bəyan edib:

“Bizim torpağımız satılmır. Bu məsələdə heç bir sövdələşmə ola bilməz. Ukraynasız yekun qərar qəbul edilə bilməz”.

O, həmçinin vurğulayıb ki, ölkənin suverenliyi və ərazi bütövlüyü Ukrayna xalqının iradəsi ilə müəyyən olunur və bu mövzuda kənar danışıqlar qəbuledilməzdir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr