AZ

Alyaska görüşü ilə bağlı müzakirələr apardılar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onlar iki ölkə liderlərinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib:

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri ətrafında müzakirə aparılıb”.

Qeyd edək ki, Tramp və Putin avqustun 15-də Alyaskada danışıqlar aparacaq. Görüşün əsas mövzusu Ukraynada sülhün bərqərar olmasıdır. 

Seçilən
114
50
qafqazinfo.az

10Mənbələr