AZ

Zelenski Alyaska danışıqlarının nəticələrini TANIMAYACAQ

Ukrayna Rusiya və ABŞ arasında Alyaskada keçiriləcək danışıqların nəticələrini tanımayacaq.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda çıxışı zamanı deyib.

“Ukrayna haqqında Ukraynasız danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də bu danışıqlar onların ikitərəfli gündəliyi üçün əhəmiyyətli ola bilər, amma Ukrayna ilə bağlı bizsiz heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaska ştatında danışıqlar aparacaq.

Seçilən
108
50
modern.az

10Mənbələr