İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində polis hərəkətdə olan şəxsi minik avtomobilinə xəbərdarlıq etmədən atəş açıb.
“Cebheinfo.az” Axar.az-a istinadən xəbər verir ki, bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.
Atəş nəticəsində avtomobildə olan 3 nəfər həlak olub, hadisə yerindən keçən bir nəfər isə yaralanıb.
Bildirilib ki, toy karvanını müşayət edən avtomobildə olanlar bəluçların adəti üzrə havaya atəş açdıqlarına görə polis onları güllələyib.
“Cebheinfo.az”